Ramazan ayının 20-ci gününün duası və təqvimi
“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla!” İmsaq: 04:58 İmsaq vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir. 20-ci günün duası: "Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran.Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin". Tərcüməsi: "İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla!Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah". Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
İftar: 21:25
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur