ramazan-ayi-azerbaycan-2024-qedr-gecesi
Müəllif: Publisist.az /Tarix: 2024-03-22 /Oxunma Sayı: 24897

Ramazan Ayı - Azərbaycan 2024. Qədr gecəsi

Ramazan ayı

40 açar duası
Ramazan ayının gündəlik duaları -2024

  Ramazan Allahın ona yaxınlaşmaq istəyən qulları üçün bir fürsətdir. Ramazan ibadətlərin qarşılığnda savabların qat-qat artıq verildiyi və Allaha yaxınlaşmaq üçün bütün yolların asanlaşdırıldığ bir aydır.

  Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır.

  Bu ayda görülən bütün ibadət və fərz əməllərinin savabı başqa ayda görülənlərdən fərqli və üstündür. Xeyir əməllər isə sərhədsizdir.

  Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. O elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlama və sonu da cəhənnəm atəşindən qurtuluşdur.

2024-cü il üçün Türkiyədə Qəndil tarixləri:

• 11 yanvar: Regaib qəndili

• 12 yanvar: Üç Ayların başlanğıcı

• 6 fevral: Mirac qəndili

• 24 fevral: Berat qəndili

• 11 mart: Ramazan ayının başlanğıcı

• 5 aprel: Qədr gecəsi

• 9 aprel: Ərəfə

• 10 aprel: Ramazan bayramı (1-ci gün)

• 11 aprel: Ramazan bayramı (2-ci gün)

• 12 aprel: Ramazan bayramı (3-cü gün)

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur