Nizamı Kino Mərkəzində “Səma xanımı” filmi təqdim olunub.
Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını haqqında film təqdim edildi - “Səma xanımı”
Yanvarın 14-də Bakıda, Nizamı Kino Mərkəzində “Səma xanımı” filmi təqdim olunub.
Film, Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını cya həsr olunub. O, Azərbaycanın ilk təyyarəçi qadını olmaqla yanaşı, həmçinin SSRİ-nin ikinci qadın paraşütçülərindən biri kimi də tanınıb.
Filmdə Leyla xanımın 1930-1933-cü illərdəki həyatı öz əksini tapıb. Qadınların bir çox məhrumiyyətlərinin olduğu o dövrdə Leylanın həyatla mübarizəsi, çadradan imtinası, qorxmazlığı, möhkəm iradəsi bədii xətlə göstərilib. Eləcə də, ətrafdakı insanların qınaqlarına baxmayaraq, həyat yoldaşı Bəhramın ona bu mübarizədə dəstəyi diqqətə çatdırılıb. Bəhramdan dəstək alaraq daha inamla bu yolda addımlayan Leylanın oxumaq istəyi, Bakı Təyyarəçilər Məktəbinə qəbulu, uğurlu tələbə olması, ilk sərbəst uçuşu və daha sonra paraşütdən atlayışı filmdə tamaşaçıya çatdırılan hadisələr sırasındadır.
Peşəsinə sevgisi, qəhrəmanlığı, möhkəm iradəsi ilə tarixdə iz qoymuş Leyla Məmmədbəyova haqqında çəkilən bu filmin əsas məqsədi böyük işlərə imza atmış tarixi şəxsiyyətlərimizi təbliğ etmək, tanıtmaq, ictimaiyyəti, eləcə də bütün dünyanı Azərbaycanın tarixi şəxsiyyətləri haqqında məlumatlandımaqdır. Filmdə Leyla obrazını gənc aktrisa Sabirə Abdullayeva canlandırır
“Səma xanımı” filmi Azərbaycan Televiziyası, “Azərbaycan Hava Yolları” QSC və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılıb.
Təqdimat zamanı filmin ötən ay faciəvi təyyarə qəzasında həlak olan Milli qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ithaf edildiyi qeyd edilib və onların əziz xatirəsi anılıb.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur