neuralink-sirketi-beyin-implantinin-insanlar-uzerinde-testlerine-hazirlasir
Müəllif: Publisist.az /Tarix: 2022-01-23 /Oxunma Sayı: 413

Neuralink şirkəti beyin implantının insanlar üzərində testlərinə hazırlaşır

   Elon Musk-ın beyin interfeysi layihəsi ilə məşğul ola Neuralink şirkəti hal hazırda klinik testlər üzrə direktor axtarışındadır. Bu isə o deməkdir ki, şirkət öz texnologiyasının insanlar üzərində testlərinə hazırlaşır. Şirkət tərəfindən açılmış vakansiyaya əsasən klinik testlər üzrə direktor şirkətin daha öncədən söz verdiyi innovasiyalı tibbi cihazın insanlar üzərində testlərini idarə edəcək. Qeyd etmək lazımdır ki, Neuralink-in hazırladığı beyin implantı ilk növbədə iflic kimi nevroloji xəstəliklərin müalicə olunması üçün nəzərdə tutulub.

    Vakansiyada olan məlumata əsasən işə qəbul ediləcək şəxs həmçinin innovasiyalı üsulların praktikası ilə məşğul olan həkimlər və aparıcı mühəndislər ilə və o cümlədən klinik testlərdə iştirak edəcək ilk şəxslərlə sıx əməkdaşlıq edəcək. Hələ bir neçə müddət bundan öncə Elon Musk bildirmişdi ki, o, Neuralink şirkətinin öz beyin implantını artıq 2022-ci ildə insan beyninə inteqrasiya edəcəyinə ümid bəsləyir. Tibbi məhsulların istehsalçıları öz məhsullarının insanlar üzərində testlərinə keçməmişdən öncə bu bu məsələ ilə bağlı ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazə almalıdırlar.

    İcazənin verilməsi üçün isə həmin nizamlayıcı orqanlar bu və ya digər tibbi məhsulun insanlar üzərində testlərdə istifadəsinin mümkünlüyünü qiymətləndirirlər. Daha sonrakı mərhələdə isə artıq tibbi məhsulun insanlar üzərində testlərinə icazə verilir. Neuralink şirkətinin prosesin hansı mərhləsində olduğu barəsində məlumat yoxdur. Bir qayda olaraq tibbi məhsulların istehsalçıları klinik testlər üzrə direktorları müvafiq nizamlayıcı orqanlarla qarşılıqlı əlaqənin ilkin mərhələsində axtarırlar.

 

https://technote.az/ 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur