Necə WEB 3.0(BlockChain) developer olmaq olar?
Salam dostlar!
Bu aralar böyük ehtimal Blockchain sözünü tez-tez eşidirsiniz. Əslində bir çoxunuz onu Kriptovalyuta olaraq qəbul edirsiniz :D
Mən də ilk zamanlar (2017-ci ilə qədər) elə bilirdim. Sonra həqiqətlə tanış oldum, sonra 2020-ci ildən onunla işləməyə başladım. Yəni tam olaraq 1 il öncə Ankara, Türkiyədə bir Blockchain şirkətində.. Gəlin bu haqda sizə bir az məlumat verməyə çalışım...
Blockchain hal-hazırda çox yüksəlişdə olan bir proqramlaşdırma sahəsidir. Və öyrənmənizi 100/100 məsləhət görürəm.. Amma necə??
1. Əsasları öyrənin.
Nə olduğunu??
Blockchain-in nə olduğunu, necə işlədiyini və s. Yeni nəsil mərkəzləşdirilməmiş proqramlar üçün Back-End tətbiqlərin necə hazırlanmasını(DAPPS).
2. Mərkəzləşdirilməmiş proqramlar (DAPPS) haqqında məlumat əldə edin
Blockchain, nodes(nodları) və texnologiyanın bütün əsas komponentləri haqqında öyrəndikdən sonra artıq sual belə olacaq "Mən bununla hansı tətbiqləri hazırlaya bilərəm?"
Kiçik bir qeyd Blockchain üzərində qurulmuş proqram mərkəzləşdirilməmiş proqramlar adlanır (decentralized applications).
3. Smart Contract (Ağıllı müqavilələr) haqqında öyrənin.
Ağıllı müqavilə sadəcə Ethereum Blockchain üzərində işləyən bir proqramdır. Bu, Ethereum blokçeynində müəyyən bir ünvanda yerləşən kodlar və məlumatların toplusudur.
Bu o deməkdir ki, onların balansı var və onlar şəbəkə üzərindən əməliyyatlar göndərə bilərlər. Bununla belə, istifadəçi tərəfindən idarə olunmur. Bunun əvəzinə onlar şəbəkəyə yerləşdirilir və kodlaşdırıldığı kimi işləyirlər.
4. Front-End və Back-End proqramlaşdırma öyrənin.
Mərkəzləşdirilməmiş proqramlarda(decentralized applications) standart JavaScript framework-ləri istifadə edilir, buna görə də Front-end əsaslarını və vebin necə işlədiyini öyrənmək çox vacibdir.
“Standart” proqramlarda back-end istifadəsi fərqlidir, standart proqramlar çox vaxt verilənlər bazası və ya məlumat yaddaşından istifadə edir. Mərkəzləşdirilməmiş proqramlarda(decentralized applications) bu bele deyil.
5. Solidity öyrənin
Bir çoxunuz adını belə bəlkə ilk dəfə eşidirsiniz amma...
Solidity, blokçeyndə əməliyyatları avtomatlaşdıran ağıllı müqavilə yaratmaq üçün istifadə edilən obyekt yönümlü, yüksək səviyyəli proqramlaşdırma dilidir.
6. DAPP hazırladıqdan sonra bunu Front-End ilə necə əlaqələndirəcəyinizi öyrənin. (Ether.js & WEB3.js)
Ether.js kitabxanası Ethereum Blockchain və onun ekosistemi ilə qarşılıqlı əlaqə üçün tam və yığcam bir kitabxanadır.
Web3.js sizə HTTP, IPC və ya WebSocket istifadə edərək yerli və ya uzaq ethereum node-ları(nöqtələri) ilə qarşılıqlı əlaqə qurmağa imkan verən kitabxanalar toplusudur.
Salam dostlar!
Mən, Əyyub. 8 ildən artıqdır ki proqramlaşdırma ilə məşğul oluram. Bunun 3 ilə qədəri həvəskar olaraq olub. 2012-də proqramlaşdırma dillərinə başladıqdan sonra, 2014-2017 kimi müxtəlif şirkətlərdə proqramçı və təlimçi olaraq işləmişəm. 2017 sonunda şəxsi texnologiya şirkətimi quraraq xidmətlər və təlimlər göstərməyə başladım.
Proqramlaşdırma bir iş, bir ixtisas deyildir proqramlaşdırma bir fəlsəfədir, həyat tərzidir. Proqramlaşdırma öyrənmək istəyən biri səbirli və araşdırmanı sevən biri olmalıdır.