Nağdsız Hesablaşma Haqqında Qanunda Dəyişiklik
ƏDV ödəyiciləri və dövriyyəsi 200,000 AZN-dən çox olan ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri aylıq nağd ödənişlərini əvvəlki ayın ƏDV daxil dövriyyəsinin 2%-i həddində həyata keçirə bilər:
- Dövriyyənin 2%-i 30,000 AZN-dən az olduqda, aylıq nağd ödəniş limiti 30,000 AZN olaraq qalır.
- Dövriyyənin 2%-i 50,000 AZN-dən çox olduqda, nağd ödənişlərin maksimum həddi 50,000 AZN ilə məhdudlaşdırılır.
Digər vergi ödəyiciləri üçün qaydalar dəyişməyib:yalnız 15,000 AZN-dək olan ödənişlər nağd qaydada həyata keçirilə bilər.
Bu dəyişikliklər şəffaflığı artırmaq və nağdsız iqtisadiyyatı təşviq etmək məqsədi daşıyır.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur