Kollektivə necə uyğunlaşaq?
🔗 İş həyatına yeni qədəm qoyan hər kəs iş prosesinə və kollektivə uyğunlaşmaqda müəyyən müddət problemlər yaşayır.
Yeni kollektivə asanlıqla uyğunlaşa bilməyimiz üçün bir sıra bacarıq və keyfiyyətlərə ehtiyacımız var.
Gəlin kollektivə uyğunlaşmağın bəzi addımlarına baxaq:
➡ Diqqətli olun.
Yeni komandaya effektiv şəkildə uyğunlaşmaq üçün əvvəlcə komanda üzvlərinin rollarını və onların dinamikasını müşahidə edin.
➡Hər kəslə ayrı-ayrılıqda tanış olun.
Başlanğıcda bütün komanda üzvlərini tanımaq və yalnız özünüzü daha rahat hiss etdiyiniz şəxslərlə danışmaq sizin kollektivə sürətlə adaptasiya olmağınıza kömək edəcək.
➡Kollektivdaxili fəaliyyətlərdə iştirak edin.
Yeni komandanız ayda bir dəfə işdən sonra asudə vaxtlarını bir yerdə keçirmək istəyirsə, mümkün qədər qoşulmağa çalışın. İstənilən qrup fəaliyyəti və ya sosial tədbirlər işdən kənarda komanda üzvlərinizlə tanış olmaq üçün əla fürsətdir.
➡Başqalarına etdikləri köməyə görə təşəkkür edin.
Layihə və ya iş üzərində bir yerdə çalışdığınız komanda yoldaşınızı etdiyi köməyə görə tərifləmək və təşəkkür etmək vacibdir.
➡Kollektivə hansı üsullarla uyğunlaşdığınızı müəyyənləşdirin.
Hər bir kollektiv üzvünün rolunun nə olduğunu müəyyənləşdirin və çatışmayan məsələləri həll etmək üçün bacarıqlarınızdan istifadə eytməyə çalışın.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur