İSVEÇRƏLİ MÜĞƏNNİ BAKIDA KONSERT VERƏCƏK
İsveçrəli müğənni Sofi de Kua Bakıda İsveçrənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə konsert
verəcək. O, İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması məqsədi ilə dünya turu
çərçivəsində Bakıda səhnəyə çıxacaq.
2024-cü il sentyabrın 18-də Sofi məşhur Rəşid Behbudov Mahnı Teatrında səhnəyə çıxacaq. Konsert
saat 19.00-da başlayacaq.
Daha bir möhtəşəm konsert isə sentyabrın 19-da saat 20.00-da Atelier 61 Tədbirlər Zalında olacaq. Bu
konsert üçün biletləri şəhər satış məntəqələri və ya iticket.az saytından əldə etmək olar.
Sofi həmçinin 19 sentyabrda Azərbaycan Milli Konservatoriyasında təlim də keçəcək. Mədəniyyətləri
birləşdirmək üçün musiqidən istifadə etmək və hekayələri bölüşmək gənc müğənni Sofi de Kua və onu
müşayiət edən ifaçı Simon Jakkardın həyat layihəsidir.
İsveçrədə doğulan Sofi de Kua Sinqapur və Nyu-Yorkda böyüyüb. O, Parisdə musiqi məktəbini bitirib,
Mandarin və Şanxay dillərində danışmağı və oxumağı öyrənib. Sofi öz musiqisindən və sözlərindən
mədəniyyətlər, nəsillər, düşüncələr, sadəcə insanlar arasında körpülər qurmaq üçün istifadə edir.
Azərbaycan onun çıxış etdiyi 16-cı ölkə olacaq. Çoxsaylı alətlərdə ifadə etmək bacarığına və istedadına
görə “Ahtapot adam” ləqəbi qazanan Simon Jakkardla birlikdə onlar Livan, İsveçrə, Belçika, ABŞ, Çin,
Hindistan, Sinqapur, Yaponiya, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük
Britaniya kimi ölkələrdə çıxış ediblər.
Əlavə məlumat və müsahibə müraciəti üçün İsveçrə Səfirliyinin Mətbuat və İnformasiya üzrə müşaviri
Atəş Sultanovla əlaqə saxlayın: atash.sultanov@eda.admin.ch