dunyanin-en-qeyri-adi-otelleri
Müəllif: Sona Xeyrulla /Tarix: 2021-02-01 /Oxunma Sayı: 1659

Dünyanın ən qeyri-adi otelləri

Səyahət zamanı otelin qeyri-adi olmasına diqqət edənlər üçün dünyanın 4 bir tərəfindən 5 özünəməxsus otel.

  1. Crane hotel. Niderland

Niderlanddan olan Yay şirkəti köhnə, istifadəyə yararlı olmayan bir qaldırıcı kranı otelə çevirmişdir. 5 ulduzlu Faralda otelində siz Amsterdamın möhtəşəm mənzərəsini seyr edə bilərsiniz. Kran idarə edilən qutu isə toxunulmaz qalmışdır. Burada siz operatorun maraqlı səs yazılarına qulaq asa bilərsiniz. Otelin ən yüksək mərtəbəsində isə eyni adlı klub fəaliyyət göstərir ki, burada ən məşhur dj-lər,müğənnilər müxtəlif şou proqramlar sərgiləyir.Faralda otelinə Amsterdam Mərkəzi Stansiyasından 14 dəqiqəlik qatarla gedə bilərsiniz.

  1. Giraffe Manor,Keniya

Afrikanın Safari kolleksiyası tərəfindən inşa edilmiş zürafə malikanəsi oteli instagramda ən çox paylaşılan otellərdən biridir. 12 otaqdan ibarət bu malikanəyə gəldikdə burada olan işçilər sizə zürafələri düzgün yemləmək qaydalarını öyrədir çünki zürafələr hər an gəlib yeməyinizə şərik çıxa bilər. Bu otelin yaranma tarixi isə 1930-cu illərə gedib çıxır. O illərdə bu ərazidə inşa olunmuş binaların pəncərələrindən zürafələr başlarını tez-tez içəri salarlarmış. Bunu görən sahibkar isə buranı otelə çevirmişdir. Hər bir otel nömrəsində zürafə yemi mövcuddur.

  1. Fantasyland Otel, Kanada

Təkcə bir məkana getməklə özünüzü müxtəlif məkanlarda görmək istəyərsiniz? Kanadada yerləşən Fantaziyalar otelində bu arzunuzu yerinə yetirə bilərsiniz. Alış-veriş mərkəzində yerləşən bu otel sizə 120 müxtəlif temalı otaqlar təklif edir. Seçimlər arasında kosmik gəmi, yanacaqdoldurma məntəqəsi, Polineziya, Roma, Ərəbistan səhrası və həbsxana kamerasına bənzəyən otaqlar var. Burada həmçinin su parkı, miniatür golf və boulinq salonu da var.

  1. Helga’s Folly, Şri Lanka

Əgər normal, gözəl dizayn olunmuş bir otel axtarırsınızsa bu otel sizin üçün deyil. Dünyanın ən qəribə dizayna sahib olan otellərindən biri olan bu otel Şri Lankanın Kandy şəhərində yerləşir. 40 otaq bir-birinə dar kolidorlarla bağlanmış,pilləkanlar isə qorxulu sanki filmlərdən çıxıb. Otaqlar başdan-başa psixi əl işləri, skeletlər, şamlarla bəzədilmişdir. Burada özünüzü Tim Burton filmlərində imiş kimi hiss edəcəksiniz. Gecə qalmağı düşünmürsünüzsə mütləq şam yeməyi üçün oraya gedin.

  1. Salt Hotel, Bolivia

Norveçin məşhur buz otelini deyil duzdan otel istəyirsinizsə Boliviaya müraciət etməlisiniz. Palacio de Sal adlı otel tamamilə duzdan inşa olunmuşdur. Divarlar, tavan,içərisindəki dekorasiyalar hətta  mebellərinin əksəriyyəti  yataqlar da daxil olmaqla böyük duz kərpiclərindən hazırlanmışdır. Döşəmələr isə qalın, xırtıldayan bir təbəqə ilə örtülmüşdür.Məhz bu səbəbdən otel hər 10-15 ildən bir yenilənmək məcburiyətindədir çünki yağış suları bu duz kərpicləri zamanla yuyub aparır.4000 m-ə yaxın yüksəklikdə yerləşən bu otel həmçinin spa, planetin ən böyük duz mədəni olan Salar de Uyuni’yə turlarda təşkil edir.  

 

Paylaş: