covid-19-turizm-senayesini-20-il-geriye-sala-biler
Müəllif: Sona Xeyrulla /Tarix: 2021-01-31 /Oxunma Sayı: 1214

Covid-19 turizm sənayesini 20 il geriyə sala bilər

  • Koronavirus turizm sektorunu çökdürdü
  • Dünyada 120 milyon iş yerinin risk altında olduğu,iqtisadi ziyanın isə 1 trilyon dolları keçəcəyi ehtimal olunur.

BMT-nin Baş Katibi Antonio Quterres, koronavirus pandemiyasının qlobal turizmə verdiyi dağıdıcı təsiri ölçmək üçün Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının məlumatlarına əsaslanan yeni bir hesabat yayımlayıb. Bu hesabatda 120 milyona qədər turizm işinin risk altında olduğunu və iqtisadi zərərin təkcə 2020-ci ildə 1 trilyon dolları keçdiyini bildirir.

A.Quterres qeyd edir ki, düzgün iş yeri, sabit gəlir, mədəni və təbii irsimizin qorunması təminatçısı kimi turizm sektorunu yenidən qurmağımız vacibdir. O, həmçinin  turizmin yüz milyonlarla insana həyat təmin edən ən vacib iqtisadi sahələrdən biri olaraq “iqtisadiyyatı qaldırmaq və ölkələrin inkişafını təmin etmək”  rolunun olduğunu da vurğulayıb.

Koronavirusun dünyada sürətlə yayılmağa başladığı Mart ayında tətbiq olunan məhdudiyyətlər səbəbindən, beynəlxalq səyahətlər Aprel və May aylarında qorxunc bir şəkildə dayanmış və nəticədə 2020-ci ilin ilk beş ayında beynəlxalq turist axınları keçən ilin cəmi göstəricisindən 60 faiz geridə qalmışdır. Səyahət məhdudiyyətlərinin nə zaman tam qaldırılacağından asılı olaraq, Dünya Turizm Təşkilatı beynəlxalq turizm gəlirlərinin keçən il 910 milyard ilə 1,2 trilyon dollar arasında azaldığını qeyd etmişdir ki, bu da dünya turizm sənayesini 20 il geriyə salacaq.

Paylaş: