Çində dünyanın ilk hibrid dəniz elektrostansiyası istifadəyə verilib
Çinin 4 ən böyük energetik şirkətindən biri olan State Power Investment Corporation (SPIC) dünyada ilk dəfə hibrid dəniz elektrostansiyasını istifadəyə verib. İstifadəyə verilmiş hibrid dəniz elektrostansiyası eyni anda həm külək həm də Günəş enerjisi hesabına çalışa bilir. Əgər sözügedən hibrid dəniz elektrostansiya təcrübəsi uğurla yekunlaşsa, bu layihə Çində daha da inkişaf edərək genişlənəcək. Təcrübənin uğurla nəticələnməsi üçün isə hibrid dəniz elektrostansiyası qasırğalara dözümlü olmalıdır. Təcrübədən keçirilən hibrid dəniz elektrostansiyası özündə günəş panellərini birləşdirən 2 ədəd saldan ibarətdir.
Sözügedən 2 salın maksimal gücü isə 500 kilovatt təşkil edir. Sallarda generasiya edilən Günəş enerjisi külək generatoru qülləsinə quraşdırılmış transformatora ötürülür. Daha sonra isə külək generatoru Günəş enerjisini elektrik enerjisi şəklində sualtı naqillər vasitəsilə insanlara ötürür. Bərpa olunan enerji mənbələri vasitəsilə çalışan hibrid dəniz elektrostansiya layihəsi Norveçin Ocean Sun adlı şirkəti tərəfindən hazırlanıb. Bu, dünyada ilk hibrid dəniz elektrostansiyasıdır. Norveçlilər salların konstruksiyalarını elə şəkildə fikirləşib və hazırlayıblar ki, onlar təbii hadisələrə qarşı dözümlü ola bilsinlər. Gələn il bu layihəni 20 meqavatt gücə kimi genişləndirmək planlaşdırılır.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur