bu-gun-azerbaycanda-od-cersenbesi-qeyd-olunur
Müəllif: Publisist.az /Tarix: 2022-03-01 /Oxunma Sayı: 1636

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Bu gün Od çərşənbəsidir. Məhz Od çərşənbəsi olduğuna görə bu gün tonqalın qalanmasının daha spesifik özəlliyi var.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, ocağın üstü boş qalmamalıdır.

Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.

Eviniz nurlu-bərəkətli, ocağınız daim yanar olsun!

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur