beyin-dalgalari
Müəllif: Nurlan Suvarov /Tarix: 2021-09-20 /Oxunma Sayı: 3160

Beyin Dalğaları

Beyin dalğaları

 

Beyindən yayılmış elektrik siqnalları Elektroensefalogram (EEG) adlı alətlə ölçülür ki, bu siqnallara "beyin dalğaları" deyilir.Beyin dalğaları psixologiyada beynin ritmik aktivliyi kimi tanınır.

  220 dən çox beyin dalğasının olduğu güman edilir ki,bunların sadəcə 5-dən alfa,betta,qamma,deta və teta dalğalarından xəbərdarıq.Beyin dalğalarına  yunan əlifbasının ilk harfləri ilə  ad verilir.

 

     Bunlardan bəzisi yüksək,bəzisi isə aşağı tezlikdədir.Həm bir-biriləri ilə həmdə düşüncələrimiz,hisslərimiz ilə mükəmməl tarazlıqdadır və ətrafımızdakı hər şeyə reaksiya verir.

  Beyin elektrokimyəvi orqan olduğu üçün beyin dalğalarını bilmək sirli olan beyni dolayı yolla öyrənmək deməkdir. Nevroloqlar bütün sinir hüceyrələri eyni zamanda aktiv olduqda bir lampanı yandırmaq üçün kifayət qədər enerji olacaqlarını təxmin edirlər.Normal vəziyyətdə isə,soyuducu lampasının 1\3 qədər enerji sərf edir.

  Hər bir beyin dalğası bizim əhvalımızdan aslı olaraq tezliyi artıb azala bilir. Beynin qarşıdakı dalğaya birbaşa keçməsi insan üzərində stres yarada bilər.

Beynin hansı bölümündə aktiv olmasında aslı olaraq bizim əhvalımızı təyin edir.Məsələn, Sizin alfa dalğaları frontal lobunuzda aktiv olduqda sizin narahat olduğunuzu göstərir.Oksipital hissədə alfa dalğaları aktiv olduqda sizin yaxşı istirahət anında olduğunuz deməkdir.

İndi isə Beyin dalğaları ilə yaxından tanış olaq.

1.Delta Dalğaları (1-3 Hz) - Delta dalğaları dərin yuxu zamanı,narkotikanın təsirində və koma vəziyyətində də ortaya çıxır. Delta dalğaları maksimum saniyədə 4 dəfə dalğalanır, ən yavaş dalğalanan dalğalardır.Şüuraltı deyil,Şüurxarici vəziyyətdir.Balaca uşaqlarda daha yüksəkdir.Yaşa dolduqca öz aktivliyini itirir ki,buda yaradıcılıq qabiliyyətinin aşağı düşməsinə,yuxu problemlrinin yaranmasına səbəb olur. Delta dalğaları yaradıcılığımızı və gündəlik həyatımızın bir parçasına təzahür edən dalğalardır.

Ümumiyyətlə, Delta beyin dalğaları ürək döyüntüsünü və həzmi tənzimləyən qeyri-şüuru situasiyalarda görmək olar.

2.Tetta Dalğaları (3.5-8 Hz) - Teta dalğaları yuxu zamanı və ya yuxunun ilk mərhələlərində görülür. Yaradıcılıq üçün lazım olan serebral əlaqələr tetta dalğaları tərəfindən qurulur. Uzun bir yola çıxdığınız zaman və istirahət etmək istədiyiniz zaman, maraqlı və yaradıcı fikirlərin dalğası aktiv olur.

Teta dalğaları çox dərin duyğularımız olduğunda daha aktivdir.Məsələn,bir işi bitirdikdə yaşadığımız həzz yada xəyallar aləmində olduqda bu dalğlar beyni ələ alır.

 

  Lazım olduqda delta və teta dalğaları baş vermirsə, yuxusuzluq problemi başlanır.

   Araşdırmalar göstərir ki, teta və deltanın dalğaları xüsusən yaradıcılıqla əlaqəlidir. Bu dalğaların ən aktiv olduğu dövr yuxudan oyanma dövrüdür. Bu səbəbdən yuxudan oyanmaq yaradıcılıq baxımından ən faydalı dövrdür

  3.Alfa Dalğaları (8-13 Hz) - İnsan beyninin bioelektirk hərəkətlərini qeydə alan elektroensefaloqrafiya metodunun ixtiraçısı sayılan Alman psixiatrı Hans Berger 1924-cü ildə beyindən ötürülən 8-13 Hz tezliyindəki Alfa dalğaları kəşf etməyə nail olmuşdur. Daha sonralar bu dalğalar onun şərəfinə Berger dalğaları adlandırılmışdır. Alfa dalğaları bəzən sakitdir, lakin yuxuda olmadığımız hallarda aktiv olur.Televizora baxarkən,yada həzin musiqi dinlədiyimiz zaman və yatmadan əvvəl aktiv olur. Belə desək Alfa həzz hormonu sayılan endorfinin ifraz olunduğu andır.Alfa dalğaları gah görünən gah görünməyən olur.Belə ki, onlar daim mövcud deyil. Məsələn, dərin yuxusuzluq və ya həddindən artıq həyəcan içində alfa dalğaları yoxa çıxır.

Alfa dalğaları, gündəlik performansımızı artıran, beynin stressini qoruyan və yaradıcılığı ilə təmin edən dalğalardır.

 Alfa dalğalarının aktiv olduğu andakı vəziyyəti beynin sağ və sol yarım kürələrinin tarazlığa daha yaxın olduğu vəziyyətdir.

4.Betta ( 12-33 Hz ) -Beta dalğaları çox stressli anlarımızda,yorğun və diqqətimizin dağıldığa zaman peyda olur.

 

 Bazarertəsi beynimizin ən dərin hissəsində delta dalğaları çıxaran beyin, bir həyəcanla stresli bir gün başladığını xatırlayaraq, beta dalğaları istehsal etməyə başlayır. Bir fincan qəhvədən sonra biz alfa və tetta dalğalarına təzyiq etməyə çalışırıq və beta dalğalarına alışırıq.

Beta dalğaların zəifliyi və həddidən artıq şiddətlənməsi insanın düşüncə və duyğu sisteminə mənfi şəkildə təsir edə və hətta depressiyalara gətirib çıxara bilər.

5.Qamma (25-100 Hz) – Bu, qavrayış, şüur və intellektual düşüncənin mənbəyidir.Adından məlum olduğu kimi uzun dalğalardır və yüksək tezliyə malikdir. Ruhumuz sülh içində olduqda,  rahat və ya meditasiya zamanı ortaya çxır.

Nevroloqlar indi gama dalğaları haqqında daha çox məlumat əldə etməyə başlayırlar, lakin son vaxtlara qədər onlar haqqında çox az məlumat var idi. EEG-də onları görmək çox çətindir. Kökünü Talamusdan alıb, beynin arxasından inanılmaz sürətə doğru gəlir və səyahət edir.

 Yataqda kitab oxuyarkən yayılmış dalğalar bettadır. Yuxumuz gəldikdə, əvvəl aşağı tezlikli beta ,kitabı bir kənara qoyduqda alfa, yuxuya keçdiyimiz vaxt teta və yuxu dərinləşdikcə detaya keçir.

Berlindəki bir qrup tədqiqatçı başında 128 elektrod yerləşdirmiş və insan beyni dalğalarını EEG ilə təsbit etmiş və məlumatları kompüter proqramına daxil etmişdir. Bu proqram dalğalar arasında fərq qoyur və hərəkətin hansı hissəsinə dalğanın bir hissəsinə aid olduğunu deyə bilər. Əlbəttə bütün dalğaları təhlil etmək çox çətindir; çünki beyin eyni zamanda bir çox sahədə dalğalar yayır. Ancaq bəzi sadə hərəkətlər kompüter tərəfindən müəyyən edilə bilər. Məsələn, sağ və ya sol əlindən istifadə edərsə, o, daşıyacaq dalğalar tərəfindən əvvəlcədən başa düşülür. ABŞ-da Rochester Universitetinin kompüter elmi laboratoriyasında hazırlanmış bir kompüter sayəsində televiziya uzaqdan beyin dalğaları ilə idarə oluna bilir.

  Kompüterinizi açarkən və söndürdüyünüz zaman insan beyni tərəfindən yayılmış dalğalar kompüter tərəfindən müəyyən edilir. Kompüter, hansı dalğa təlimatının yandırıldığını , hansı dalğa təlimantında söndürülməsini müəyyən edə bilir. Bu siqnallar televiziyaya göndərilir və nəzarət edilir. Beləliklə, şəxs televiziya açmaq istəyirsə, yayılmış dalğalar "aç" olaraq qəbul edilir və televiziya açılır. Kompüter tərəfindən təsbit edilən "bağla" onu söndürmək istədiyiniz zaman televizor sönür.Ən əhəmiyyətli məqsədi, hərəkət edə bilməyən xəstələrin həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir.

  Dünyanın bir neçə ölkəsinin alimlərinin “ Normal Beyin” layihəsinin üzərində işləyirlər ki,burada əsas məqsəd beyin dalğalarının vasitəsilə insan zehnini oxumaqdır.Bəlkədə elm gələcəkdə insanların zehnini oxuya biləcək səviyyəyə gələcək.

Paylaş: