ramadan
Ramazana son -
bakida-ve-rayonlarda-emek-yarmarkasi-kecirilecek
Müəllif: Publisist.az /Tarix: 2025-01-20 /Oxunma Sayı: 91

Bakıda və rayonlarda əmək yarmarkası keçiriləcək.

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

 Şərqi Zəngəzur Regional Məşğulluq filialının təşkilatçılığı ilə Laçın rayonunda,

 Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə İmişli rayonunda,

 Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Ağstafa rayonunda,

 Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə Bakı şəhərində əmək yarmarkaları keçiriləcək.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 Ünvan və tarix:
 Laçın şəhəri, Heydər Əliyev küçəsi, giriş 138 (Şərqi Zəngəzur RMF-nin Laçın rayon xidmət şöbəsi)
 22 Yanvar 2025
 12:00-13:00

 Ünvan və tarix:
 İmişli rayonu, Həzi Aslanov küçəsi 3 (Mil-Muğan RMF-nin İmişli rayon xidmət şöbəsi)
 22 Yanvar 2025
 11:00

 Ünvan və tarix:
 Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1 (Ağstafa rayon Heydər Əliyev Mərkəzi)
 23 Yanvar 2025
 11:00

 Ünvan və tarix:
 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 314 (Suraxanı Gənclər Evi)
 23 Yanvar 2025
 11:00-13:00

 Ünvan və tarix:
 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi (Kristal Saray)
 24 Yanvar 2025
 13:00-15:00

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur