bakida-texnologiya-zirvesi
Müəllif: Publisist.az /Tarix: 2024-09-25 /Oxunma Sayı: 69

Bakıda Texnologiya Zirvəsi

25-28 sentyabr 2024 tarixlərində keçiriləcək dünyaca məşhur Ümumdünya Elm Konfransının (WConSC 2024) builki məkanı Bakıdır! Bu konfrans Lütfi Zadənin xatirəsinə həsr olunub və qeyri-səlis məntiq, süni intellekt və kibertəhlükəsizlik sahəsində qabaqcıl mütəxəssisləri bir araya gətirir. 

➡ Konfransda ABŞ, Macarıstan, Polşa, Belçika, Rusiya başda olmaqla 18 ölkədən olan ekspertlər iştirak edəcək.

➡ “Onedio.com”, “Doğuş Teknoloji”, “Boyner”, “Flo” və digər şirkətlərin texnologiya liderlərini dinləmə imkanı yaranacaq.

➡ ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti daxil olmaqla 6 universitetdə paralel panellər keçiriləcək.

➡ Konfrans “TechConnect 2024 – Süni İntellekt və Kibertəhlükəsizlik Forumu” ilə yekunlaşacaq!

Agentliyimiz tədbirin əsas tərəfdaşlarından biridir.

Bu tədbirdə süni intellekt və kibertəhlükəsizliyin gələcəyi ilə bağlı ən müasir mövzular müzakirə ediləcək. Dünya səviyyəli mütəxəssislərin fikirlərini eşitmək və bu böyük texnologiya zirvəsində iştirak etmək istəyirsinizsə, techconnect.az  saytı vasitəsilə dəvət üçün müraciət edə bilərsiniz.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur