baki-gemiqayirma-zavodu-ile-birge-teskil-olunan-ilk-kurslar-basa-catib
Müəllif: Publisist.az /Tarix: 2024-09-25 /Oxunma Sayı: 77

Bakı Gəmiqayırma Zavodu ilə birgə təşkil olunan ilk kurslar başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Bakı Gəmiqayırma Zavodu MMC-nin birgə əməkdaşlığı ilə təşkil olunan “Elektrik qaz qaynaqçısı” və “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” peşələri üzrə ilk hazırlıq kursları başa çatıb.

 

Qeyd edək ki, zavod 2014-cü ildən ABS tərəfindən İSO 9001:2015, İSO 14001:2015, eləcə də İSO 45001:2018 sertifikatları ilə akkreditə olunub və kurslar həmin standartlara əsasən təşkil olunub. Təlim prosesinə ümumilikdə 46 nəfər cəlb edilib.

Artıq kursu uğurla bitirən şəxslərə sertifikatlar da təqdim edilib və onların zavodda işlə təmin edilməsi istiqamətində işlərə başlanılıb.

Hazırda birgə əməkdaşlıq çərçivəsində yeni kursların təşkil olunması üçün işlər aparılır. Təşkili nəzərdə tutulan kurslar barədə məlumat əldə etmək və müraciət etmək istəyən şəxslər Regional Məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilərlər.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur