AYNA-da məzunlar üçün karyera imkanları
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, nəqliyyat sahəsində karyera qurmaq istəyən məzunlara müxtəlif imkanlar təklif edir. Bu təklif, həm bakalavr, həm də magistr dərəcəsi üzrə təhsilini tamamlayan gənclər üçün nəzərdə tutulub. Əgər siz də nəqliyyat sahəsində bilik və bacarıqlarınızı artıraraq, gələcək karyeranızı bu sahə üzrə inkişaf etdirmək istəyirsinizsə, bu fürsətdən yararlana bilərsiniz.
Tələblər
Ali təhsil: Nəqliyyat mühəndisliyi, logistika, Yol hərəkətinin təşkili və ya əlaqəli sahədə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili əla səviyyədə (əlavə dil bilikləri üstünlükdür)
MS Office (Word, Excel, Outlook), nəqliyyat və logistika ilə bağlı xüsusi proqramlar üzrə biliklər üstünlükdür (məsələn, AutoCAD, ArcGİS,PTV VİSUM/VİSSİM, GPS sistemləri).
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur