ABŞ iqtisadiyyatına ən çox “gəlir gətirən” sənayelər
Müasir dünyada böyük dövlətlər ən güclü iqtisadiyyata malikdir.Bu inkişaf etmiş ölkələr sırasında ABŞ dünyada liderliyini öz əlində saxlamaqda davam edir.Güclü iqtisadiyyata töhvə verən sahələrə neft-qaz sektoru,qeyri-neft sektorlarından yüngül sənaye sahəsinə aid olan yeyinti və tekstil sənayesini,ağır sənayeyə aid olan əlvan və ağır metallurgiya sənayesini misal göstərmək olar.Amma ABŞ-ın dünya iqtisadiyyatında yerini müəyyənləşdirən siyasəti 3 ən güclü sənaye ətrafında birləşib.Və bu siyasət ABŞ dövlətinin dünya ölkələri əhalisinin “sağlam beyin” ilə düşünəbilmə qabiliyyətini aradan qaldırmaq yönündə davam etdirilir.Necə deyərlər:“Həm ziyarət,həm ticarət”.Bu 3 ən təhlükəli və böyük “gəlir gətirən” sənaye növünə aşağıdakılar aiddir:
1.Dollar siyasəti (Dünya ölkələrinin asılılığı).Hamıya məlum olduğu kimi ABŞ-ın digər dünya ölkələrini əldə saxlamaq üçün ən geniş istifadə etdiyi üsul dollar siyasətidir.Dolların məzənnəsinin tez-tez dəyişdirilməsinin, xüsusən də, neft ölkələrinə mənfi təsiri qaçılmazdır.FED (Federal Ehtiyat Sistemi) ixrac və istehsalı stimullaşdırmaq üçün dolların ucuzlaşmasına,digər valyutalar qarşısında dəyərdən düşməsinə çalışır.Eyni siyasətin əksini,yəni dolların bahalaşmasını da başqa bir iqtisadi məqsədə çatmaqda tətbiq edir.Və bununla,yəni öz valyutasını dünyada istifadəsinə nail olmaqla bütün dünya iqtisadi maliyyə sisteminə nəzarət etmiş sayılır.Qeyd edək ki,ABŞ dollar ehtiyatının ¾-ü ölkədə deyil,dünya ehtiyatlarında saxlanılır.
2.Pornobiznes sənayesi (“Yeyilən beyinlər”).Bütün dünyanı cənginə almış,psixotropik maddələrdən daha betər bir asılılıq yaradan,insanların “sağlam beyin” ilə düşünərək vaxtlarını daha faydalı və səmərəli keçirmələrinə böyük maneçilik törədən pornobiznes sənayesinin dünya üzrə ən böyük istehsalçısı ABŞ-dır.Bu “gəlirli” sahə ABŞ iqtisadiyyatına bir çox yerli, dünyaca tanınmış şirkətlərdən (Microsoft,Apple,Google,Amazon,Ebay,Yahoo,Netflix) daha çox töhvə verərək daha çox gəlir gətirir.Həmçinin ABŞ,pornoqrafik DVD və veb materialların dünya üzrə ən böyük istehsalçısıdır.Hər 40 dəqiqədən bir ABŞ-da yeni pornofilm çəkilir.Bu sahədə ABŞ dünyanın ən böyük istehsalçısı olsa da,ən böyük müştəri qrupu isə Uzaq Şərqdir.Müştəri qruplarının içərisində Yaxın və Orta Şərqdən müsəlman ölkələrini də misal göstərmək olar.2015-ci il tədqiqatlarına əsasən, internetdə porno axtaran 8 ölkədən 6-sı müsəlman ölkəsidir.ABŞ-ın gəliri isə 2016-cı ildə 97 milyard,2017-ci ildə 40 milyard dollar həcmində olmuşdur.Bu ABŞ üçün ən “gəlirli” sahə ola bilər,lakin həmçinin ABŞ bununla dünya ölkələrinin əhalisinə qarşı bir “beyin pozma” siyasəti yürüdərək təhsildən,əxlaqdan,inkişafdan uzaq bir cəmiyyət yaratmağa çalışır.Təəssüflər olsun ki,dünya əhalisinin çox böyük bir hissəsi artıq bu “bataqlığa” düşərək hər gün daha da dərinliyə qərq olur.
3.Video oyun sənayesi (“Yeyilən beyinlər-2”).Qeyd etdiyimiz 3-cü ən böyük, “ən gəlirli” və ən təhlükəli sənaye video oyun sənayesidir.Bu sənayenin də dünya üzrə ən böyük istehsalçısı ABŞ-dır.Təkcə bu sənaye ABŞ-a 2017-ci ildə 30,4 milyard,2018-ci ildə isə 43,4 milyard dollar gəlir gətirmişdir.Ölkə üzrə video oyun sənayesinin bir qədər geniş miqyasda inkişaf etməsinin bir səbəbi də ölkədə 150 milyon oyun həvəskarının olmasıdır.2019-cu ildə edilən proqnozlara görə,2020-ci ildə video oyun sənayesi 159 milyard dollar həcmində gəlir gətirməli idi.Pandemiya ilə bağlı baş verənlər fonunda video oyun sənayesinin gətirdiyi gəlir 174 milyard dollar həcminə yüksəlmişdir.Bu qədər gəlirli bir sahədən ABŞ yenə də digər ölkələrdə ölü bir cəmiyyətin,insan beynində vəhşi bir psixologiyanın formalaşmasında istifadə etməkdə davam edir.İstehsalçı şirkətlər daha çox silahlı,müharibəli,real görüntünü özündə əks etdirən ölüm,qanlı və vəhşət içərən səhnələrlə dolu oyunlar istehsal etməkdə maraqlıdır.Nəticə olaraq, azyaşlı uşaqlar bu tip oyunların təsiri altına düşərək böyüdükcə düşüncədə kobud,azğın bir psixologiyaya,sağlam düşünə bilməyən bir düşüncəyə sahib olurlar.Bu tip video oyunlar sayəsində sağlam cəmiyyətdə cinayətkarlığa,narkomaniyaya,oğurluğa,təcavüzkarlığa meyillilik artır.Xüsusən də,azyaşlı uşaqları bu tip oyunlardan mümkün qədər uzaq saxlamaq lazımdır.Bu tip video oyunların əvəzinə uşaqları daha çox öyrədici,maarifləndirici oyunlar oynamağa sövq etmək daha sağlam bir cəmiyyətin yaranmasına ən böyük töhvə olar.Unutmayaq ki,uşaqlar cəmiyyətimizin gələcəyidir.