6 JavaScript framework (freymvork)-nün SSR(Server side rendering) performansı
EnterSpeed.com saytı 6 js framework - nü SSR performansına görə bəzi kateqoriyalar üzrə yarışdırıb. Maraqlı yazı olduğu üçün paylaşmaq qərarına gəldim.
Qarşılaşdırlan framework - lər:
- Astro - 2021 - ci ildə yaradılmış və həm SSG(Static Site Generation) həm də SSR(Server side rendering) dəstəkləyir.
- Gatsby - 2015 - ci ildə yaradılmışdır. Gatsby Data Layer və Gatsby Cloud kimi əlavələri var.
- Next.js - 2016 - ci ildə yaradılmışdır. React kitabxanasının freymvorküdür.
- Nuxt 3 - 2021 - ci ildə nümayiş edildi. Vue js freymvorkünün 3-cü versiyası üçün olan freymvorkdür.
- Remix - 2020 - ci ilde yaradilmişdır.
- SvelteKit - 2020. Svelte freymvorkü tərəfindən dəstəklənir.
Diqqət etmək lazımdırkı test yalnız SSR performansı üçün keçərlidir. Bəs bu SSR nədir?
SSR - Server tərəfində göstərmə mənasına gəlir. Tətbiqlərin veb-səhifələrini brauzerdə göstərmək əvəzinə serverde göstərir. Server tərəfi usere tam hazır səhifə göndərir.
Google Lighthouse Performans balı
#1 🏆 Astro - 99,2
#2 SvelteKit - 99
#3 Nuxt 3 & Remix - 98,8
#4 Next.js - 98,6
#5 Gatsby - 95,6
The First Contentful Paint - Səhifənin yüklənməyə başladığı vaxtdan məzmunun hər hansısa hissəsinin ekranda göründüyü vaxta qədər olan hissəni ölçür.
#1 🏆 Astro, Gatsby, and Remix - 0,8s
#2 Next.js & SvelteKit - 0,9
#3 Nuxt 3 - 1,1 - (burada söhbət nuxtın 3 versiyasından gedir və hələdə idtifadəyə tam verilməmişdir)
Speed Index - səhifə yüklənərkən məzmunun vizual olaraq nə qədər tez göstərildiyini ölçür.
#1 🏆 SvelteKit - 2,3s
#2 Astro & Remix - 2,8s
#3 Nuxt 3 - 2,9s
#4 Next.js - 3,2s
#5 Gatsby - 5,6s
Largest Contentful Paint (LCP) - səhifənin yüklənməyə başladığı andan səhifədə olan ən böyük datanın (şəkil və ya video) göstərilmə vaxtına kimi.
#1 🏆 Astro - 0,8s
#2 SvelteKit - 0,9s
#3 Next.js, Nuxt 3, Remix - 1.2s
#4 Gatsby - 1,9s
Time to Interactive (TTI) - səhifənin yüklənməyə başladığı vaxtdan alt resurslarının yüklənməsinə qədər olan vaxtı ölçür.
#1 🏆 Astro - 0,8s
#2 SvelteKit - 1,0s
#3 Nuxt 3 - 1,2s
#4 Remix & Gatsby - 1,5s
#5 Next.js - 1,7s
Total Blocking Time - First Contentful Paint - ilə Time to Interactive arasındakı ümumi vaxtı ölçür.
#1 🏆 Astro - 0ms
#2 Nuxt 3 - 20ms
#3 Gatsby - 28ms
#4 Remix - 30ms
#5 SvelteKit - 36ms
#6 Next.js - 54ms
Time To First Byte (TTFB) - sorğu ilə cavabın ilk baytının gəlməyə başlaması arasındakı vaxtı ölçür.
#1 🏆 SvelteKit - 62ms
#2 Next.js - 63 ms
#3 Gatsby - 133ms
#4 Remix - 136ms
#5 Astro - 137ms
#6 Nuxt - 438ms
Yazının tamamı : EnterSpeed
Yup Technology MMC - də "Full Stack Veb Developer" kimi fəaliyyət göstərirəm. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulam. Həm online həm də offline şəkildə təlimlər tədris edirəm.
Veb Sayt : Elgun Mammadli