Sosial Medianın Brendləşmədə Rolu
Şəxsi brendmizi formalaşdırma prosesində sosial media yeganə vasitə olmasa da digər üsullar ilə müqayisədə əvəzolunmazdır və bu prosesi daha da sürətləndirir. Bu sanki bir nöqtədən digərinə səyahət etməyə bənzəyir. Siz ya at, ya maşın, ya da təyyarə ilə səyahət edə bilərsiniz. Bu vasitələrin birini digərindən fərqləndirən isə rahatlıq, xərclər və ünvana çatmaq üçün sərf edəcəyiniz zamandır. Bir az qəribə bir nümunə kimi səslənə bilər, amma reallıq belədir.
Bəs öz məhsul və ya sadəcə brendimizi reklam etmək üçün günümüzdə hansı vasitələr mövcuddur? Gəlin baxaq: Televizor reklamları (ödənişli), radio (ödənişli), billboard-lar (ödənişli), vizitka/flayer-lər (ödənişli) və sosial media (ödənişli & ödənişsiz). Sosial mediadan başqa qeyd olunmuş digər vasitələrdə ödənişsiz kontent paylaşmaq və ya izləyici ilə bir başa ünsiyyətdə olmaq mümkün deyil.
Sosial medianın önəmlidir, amma bundan daha da önəmli başqa bir nüans var. Hansı sosial media platforması mənim məhsul və ya şəxsi brendim üçün uyğundur?
Günümüzdə bir çox sosial media platforması mövcuddur. Bunlara LinkedIn, Instagram, Facebook, YouTube, Pinterest, Twitter, Tumblr, Clubhouse, Spotify və s. kimi platformaları nümunə gətirmək olar. Hər bir platformanın isə özünə məxsus “dili” və auditoriyası var. Bir platformada çox like alan paylaşım digər bir platformada heç reaksiya almaya bilər. Gəlin sizə mənim o qəribə misallarımdan birini çəkim. Siz ola bilsin ki, koreya dilini yaxşı bilirsiniz, amma bu dil fransada rəğbətlə qarşılanacaq və sizin üçün yaşam rahat olacaq deyə bir şey yoxdur. Yəni siz Fransaya köçəcəksinizsə ya Fransız dilini, ya da ölkə də ən çox istifadə olunan 2-ci və 3-cü dilin hansı olduğunu öyrənməyə çalışacaqsınız.
Insanlar çox zaman, “Kamal, bəs bu platformaları və onların dillərini öyrənmək üçün hansı kitabları oxumaq lazımdır?” deyə soruşur.
Cavab isə çox sadədir, heç bir vəsait oxumağa ehtiyac yoxdur. Sizin etməli olduğunuz bu platformalarda hesab açmağınız və orada zaman keçirməyinizdir. Insanları, onların başqalarının paylasımlarına (daha çox sizin mövzulara oxşar paylaşımlar) necə reaksiya verdiklərini, hansı tərz rəy yazdıqlarını izləmək lazımdır. Bir sözlə izləyici psixologiyasını öyrənmək gərəklidir.
Yalnız bu yolla siz hansı platformanın sizin üçün daha yaxşı və uyğun olduğunu müəyyən edə bilərsiniz. Məsələn, əgər siz ingilis dili müəllimisinizsə sizin üçün uyğun olacaq platformalar: Instagram, YouTube, Facebook və LinkedIn ola bilər. Mikro və makro kontent strategiyanızı müəyyən etməklə aktiv şəkildə qeyd olunan platformalarda paylaşımlar edə bilərsiniz.
Ümid edirəm məqalə sizlər üçün faydalı oldu. Zaman ayırıb oxuduğunuz üçün sizə təşəkkür edirəm.
Yeri gəlmişkən makro və mikro kontentin nə olduğunu anlamaq üçün bununla bağlı yazdığım məqaləyə keçid edə bilərsiniz – Nədir Axı Bu Makro Və Mikro Kontent ???
Oxumağı tövsiyyə etdiyim digər məqalələr:
Həyat insana daha çox öyrədir nəinki məktəblər.
Karyera inkişafım çox, amma çox keşməkeşli olub. Ağlınıza gələn və gəlməyən bir çox işdə çalışmışam. Metal yığıb satmaq, çörək zavodu, ofisiant, avtobus konduktoru, maşın ustası, reklam agenti və s. Düzdü bunlar barəsində yaxın zamanlara qədər şikayətlənsəmdə anladım ki, hazırda həyatda nail olduğum bütün uğurları məhz keçmiş iş təcrübələrimə borcluyam, qeyri-rəsmi işlər olsada belə.