“SONLUQDAN SONSUZLUĞA” adlı sərgi
Əziz incəsənətsevərlər!
Sizləri yanvar ayının 10-da Azərbaycanın Əməkdar rəssamı Sabina Şıxlinskayanın müəllif kursu olan YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin birillik nəzəri kursun uğurlu yekun nəticəsində ərsəyə gətirdikləri “SONLUQDAN SONSUZLUĞA” adlı final sərgisinin açılışına dəvət edirik!
Unikal və rəngarəng multimedia şousundan ibarət bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində Sabina Şıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət” konsepsiyası dayanır.
Açılış: 10 yanvar, 19:00
XX-XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur