muhasibat-ucotu-uzre-telim
Müəllif: Publisist.az /Tarix: 2022-03-31 /Oxunma Sayı: 486

Mühasibat Uçotu üzrə Təlim

 Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Mühasibat uçotu” üzrə qısamüddətli təlimə müraciətlər qəbul edilir.  

Sözügedən təlimə minimum tam orta təhsil səviyyəsini uğurla tamamlamış və Windows əməliyyat sistemində işləmək bacarıqları olan şəxslər müraciət edə bilərlər. Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın digər sahələri üzrə ilkin bilik və ya təcrübənin olması üstünlükdür.

İştirakçılar təlim müddətində mühasibat uçotunun əsasları, ikili uçot prosesi, ilkin mühasibat sənədləri və əsas maliyyə hesabatlarının hazırlanması üzrə bilik və bacarıqlara yiyələnəcəklər.

Təlimin müddəti: 3 ay

Məkan: Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 
 
 
 Aşağıdakı elektron ərizə forması üzərindən 3 aprel tarixinədək müraciət edə bilərsiniz:
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur