Libido və Freydin sublimasiya anlayışı
Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Freydin adı ilə bağlıdır. Freydə görə seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir. Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s. nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir. Təhtəlşüur Freydə görə şüurdan fərqlənir və öyrənilməlidir. Təhtəlşüur özunu yuxugörmədə, hipnozik vəziyyətlərdə, davranışda təzahür etdirir.
Təhtəlşüur təlimi libido, eros, tanatos, terminləri ilə tamamlanır və izah edilir. Freyd libidonu insanin psixi enerjisi kimi şərh edir. Psixoanalitik konsepsiyada seksuallığın rolu mövzusu Freyd tərəfindən “Cinsi meil haqqında 3 məqalə” – də işlənib hazırlanıb. Bu əsər bizi instinktlərin və davranışın fundamentini formalaşdıran emosional enerjiyə doğru gətirir. Bundan sonra bu enerji libido adını alır. Bütün erotik enerjini Freyd libido adlandirir. Libido obyektdən obyektə ötürülə bilər və ya müəyyən obyektlərdə fiksasiya oluna bilər.
Cinsi meil təbiət və cəmiyyət tərəfindən boğulur, ədəb qaydaları, qadağalar və s. kimi yolarla məhdudlaşdırılır. Belə olan halda meydana 2 əks itiqamətlənmiş proses daxil olur: subnimasiya və sıxışdırılma. Qadağan olunmuş istəklər, edilən hərəkətləerin rüsvayçı motivləri, cinayətkar əməllər, bir sözlə insanlar qarşısında açıqlana bilməyən hər şey insanın psixikasında yaşamağa davam edərək şəxsiyyətin əhval-ruhiyyəsinə böyük təsir göstərir. Amma Libido aramsız olaraq yığıldıqca çıxış nöqtəsi tapmadan qala bilmir. Libido enerji boşaltmasının müxtəlif yollarını axtarıb tapır. Bu formalarda, öz növbəsində iş, idman, yaradıcılıq və s. şəkillərdə həyata keçir. Sublimasiya prosesidə məhz budur. Enerji boşaltmanın bu və ya digər üsuları tapılmadıqda psixikanın pozulması meydana gəlir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur