İnkişaf etməkdə olan bəzi ölkələrin “gizli” inkişaf istiqamətləri (“Derin Devlet” işləri)
İnkişaf etməkdə olan bəzi ölkələrin “gizli” inkişaf istiqamətləri
(“Derin Devlet” işləri)
Dünya üzrə bəzi inkişaf etməkdə olan ölkələrin özlərinin müəyyənləşdirdiyi “gizli” inkişaf istiqamətləri olur.Bu inkişaf istiqamətləri dövlətin bir növ yalnız özünü “düşünməsi” nəticəsində müəyyənləşdirilir.Bu əsasda dəyən ziyan isə vətəndaşa mənfi təsir göstərir.Bu mənfi təsir həm maddi,həm də mənəvi olaraq özünü biruzə verir.Bu inkişaf istiqamətləri dövlətin bir növ xalqı düşündüyünü göstərərək,əslində xalqdan nə isə ummaq məqsədi güddüyünü göstərir.Belə deyək ki,dövlət sağı göstərib,solu vurur.Bu inkişaf istiqamətlərinin bəzilərinə aşağıda hərtərəfli (həm iqtisadi,həm mənəvi tərəfdən) baxış bucağı altında nəzər salmağa çalışaq.Misal üçün,şəhərin ən çox işlənən küçələrindən biri başlanğıcından sonuna qədər yamaqlı,kələ-kötür bir vəziyyətdədir.Dövlət bura nə qədər xərc çəkib asfalt örtüyü çəkdirsə də,6 aydan çox çəkmir ki,yol yenidən dağılır.Çünki keyfiyyətsiz iş “yeyinti” üçün səbəb yaradır.Dövlət büdcəsindən pul silinməsi üçün əsas verir.Və sonda dövlət bu yolun təmirinə sərmayə qoymaqdan əl çəkir.Əslində dövlət bununla öz inkişaf etməkdə olan iqtisadiyyatına bir “töhfə” verir.Bu “töhfə” nədən ibarətdir? Vətəndaş öz avtomobili ilə həmin asfalt yoldan bir neçə dəfə keçəndən sonra avtomobilin asqı sistemində nasazlıqlar əmələ gəlir.Hər hansı bir detalın sıradan çıxması ilə əlaqədar vətəndaş avtomobilinə yeni detal almaq məqsədilə mağazaya,sırada çıxmış detalı yenisi ilə əvəzləmək üçün usta yanına getmək məcburiyyətində qalır.Vətəndaşın mağazadan aldığı detaldan mağaza sahibi,mağaza arendatoru,mağazada çalışan satıcı,dövlətin bir çox büdcə təşkilatları (vergi xidməti,kommunal idarələr və s.) qazanır.Daha sonra detalı dəyişdirmək üçün getdiyi usta detalı dəyişib öz əl haqqısını alır.Bununla da usta ilə bərabər,həm də sex müdiri,sex arendatoru,dövlətin bir çox büdcə təşkilatları da qazanmış olur.Dövriyyə bu formada davam edir,bir prosesdən iqtisadiyyatın inkişafına nə qədər “töhfə” verildiyi açıq-aydın görsənir.Bu proses, şəhərdə olan bütün kələ-kötürlü yollar tam asfalt örtüyü ilə “təmin olunana qədər” davam edir.Bu siyahını müxtəlif bənzər prosesləri misal gətirməklə çox uzatmaq olar.Nəticə etibarilə,bu tip işlərdə udan tərəf dövlət,uduzan tərəf vətəndaş olur.Dövlət müəyyənləşdirdiyi bu tip “gizli” inkişaf istiqamətləri ilə öz inkişaf etməkdə olan iqtisadiyyatına “təkan” vermiş olur.Burda əsas ağırlıq həmişəki kimi yenə də, vətəndaşın üzərinə düşür.