ekoloji-cinayetler-qanunsuz-kurunen-meseler
Müəllif: Publisist.az /Tarix: 2021-07-11 /Oxunma Sayı: 936

Ekoloji cinayətlər. Qanunsuz kürünən meşələr

Azərbaycan Respublikasının cinayət məcəlləsinin 247-261 ci maddələrinə əsasən ətraf mühitin mühafizəsi və təbiətin qorunması üçün cinayət maddələri müəyyən edilmişdir. Bu maddələr cinayət məcəlləsində “Ekoloji cinayətlər” adı ilə qeyd edilir.

Son zamanlar əsasən rayonlarımızda qanunsuz kütləvi ağac kəsimlərinin şahidi oluruq. Buna bariz nümunə olaraq isə “Beta Tea” şirkətinin Lənkəran meşələrində kütləvi ağac kürüməsini göstərmək olar. Hadisə  eko-aktivist təşkilatların səyi nəticəsində gündəmə gəlib ictimailəşdirilmişdir.

Azərbaycan Respublikasının cinayət məcəlləsində ekoloji cinayətlər:

  • İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma
  • Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi qaydalarını pozma
  • Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma
  • Suyu (su mənbələrini) çirkləndirmə
  • Atmosferi (havanı) çirkləndirmə
  • Dəniz mühitini çirkləndirmə
  • Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma
  • Torpaqları korlama
  • Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma
  • Balıq və digər su bioresurslarınıqanunsuz tutma
  • Balıq və digər su bioresurslarının qorunması qaydalarını pozma
  • Qanunsuz ov etmə
  • Qanunsuz ağac kəsmə
  • Meşələri və digər yaşıllıqlarıməhv etmə və ya zədələmə [
  • Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət obyektlərinin mühafizə rejimini pozma

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur