Cərrah xəstəsinə aid rentgen filmini NFT sənət əsəri olaraq satışa çıxardı
Georges Pompidou xəstəxanasında çalışan ortopedik cərrah Prof. Dr. Emmanuel Masmejean İŞİD-in 2015-ci ildə Parisdəki Bataclan konsert salonunda gerçəkləşdirdiyi və 130 nəfərin həyatını itirdiyi silahlı hücumdan sağ çıxan xəstəsinə aid rentgen filmini internettə satışa çıxarıb. Rentgen filmində xəstənin sağ qolundakı kalaşnikov mərmisi görünür. Ortopedik cərrah pasientindən icazə almadan yayımladığı filmi 2776 dollara satışa çıxarıb. Mediapart xəbər saytı satış cəhdini aşkar edərək Masmejean-a qarşı qanuni istintaqın başlanacağını açıqlayır.
Emmanuel Masmejean rentgen filmlə birlikdə pasientinə aid gizli bilgiləri də paylaşmaqda itdiham olunur. Pasientin vəkili Elodie Abraham həkimin rentgen filmini icazəsiz yayımlamaqla xəstəsinin məhrəmiyyətini qorumadığını və haqqındakı şəxsi məlumatları yaymaqla gizlilik şərtlərini pozduğunu bildirir.
Paris dövlət xəstəxanalarının səlahiyyətli nümayəndəsi Martin Hirsch, xəstənin məxfiliyini pozan və ictimai dəyərlərə tamamilə zidd olan bu "rüsvayçı" davranışa görə cərraha qarşı həm hüquqi, həm də məsləki araşdırma aparılacağını açıqlayıb.
OpenSea saytında NFT olaraq satışa çıxarılan görüntü Mediapart xəbər saytının reportajından sonra yayından qaldırılıb.
Mənbə: